Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır”, - məlumatda qeyd olunub. (Apa)