SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verilib.
Eləcə də bax: “SOCAR Petroleum”: “Yanacağın satışında məhdudiyyət yoxdur”
FED.az xəbər verir ki, “Azneft”-dən verilən məlumata görə, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. İnsanlar arasında kütləvi yoluxmaların önünə keçmək məqsədilə ölkəmizdə xüsusi karantin qaydaları tətbiq edilir. Buna baxmayaraq, həkimlər, polislər və digər mühüm peşə sahibləri ilə yanaşı, qəhrəman neftçilər də bu gün iş başındadırlar.
Məlumata əsasən, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb. Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir.