2023-cü ildə SOCAR-ın Baş rəhbərliyinə ödənişlər açıqlanıb.
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini - AÇIQLADI
FED.az xəbər verir ki, 2023-cü il ərzində SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 1 milyon 699 min manat (2022-ci ildə 1 milyon 844 min manat) təşkil edib.
Ötən il SOCAR-ın Baş rəhbərliyinin hər biri orta hesabla 154,5 min manat ödəniş alıb.
31 dekabr 2023-cü il tarixinə Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti və 10 vitse-prezident (2022-ci il: SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və doqquz vitse-prezident) daxil olub. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər. (Marja)