Energetika

“SOCAR Capital”a mətbuat katibi - TƏYİN EDİLİB

“SOCAR Capital”a mətbuat katibi - TƏYİN EDİLİB | FED.az
15:46 4 Mart 2020

FED.az xəbər verir ki, Azərbaycanın tanınmış aparıcısı, jurnalist Şəfa Mehmanqızı “SOCAR Capital”ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru təyin olunub.

Eləcə də bax: Neft Fondunda - TƏYİNAT

Qeyd edək ki, Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Gənclər Fondunun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi işləyib. 2013-cü ildə Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı olub.

Report

Digər xəbərlər