Bu ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17 029 metr qazma işi həyata keçirilib.
SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 7 473 metr və ya 78,20% çoxdur. Bu sahədə görülmüş işlərin 14 825 metri istismara, 2 204 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35 613 metr qazma işi görülüb ki, bunun da 33 409 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Bu isə ötən ilin 3 ayı ilə müqayisədə 9 204 metr və ya 34,85% çoxdur.
Bu ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.