Xəbər verildiyi kimi, Azərbaycanın ən byöük şirkəti olan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ili 2,2 milyard manat mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanın ən böyük şirkəti 2 milyard manat - Xalis Mənfəət Açıqladı
FED.az-ın məlumatına görə, şirkətin bununla bağlı açıqlamasında bildirilir ki, SOCAR-da həyata keçirilən islahatlar, o cümlədən optimallaşdırma tədbirləri nəticəsində 2021-ci ildə şirkətin əməliyyat effektivliyi əhəmiyyətli dərəcədə yüksəlib.
FED.az SOCAR-ın hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə şirkət təkcə əməliyyat xərclərin 663 milyon manat azaldı bilib.
Belə ki, 2020-ci ildə şirkətin əməliyyat xərci 4 milyard 576 milyon manat olduğu halda, 2021-ci ildə bu göstərici 3 milyard 913 milyon manata enib – azalma 663 milyon manat.
Ən əhəmiyyətli azalma şirkətin «Digər xərclər» maddəsində baş verib.
2020-ci ildə SOCAR-da «Digər xərclər» 1 milyard 930 milyon manat olduğu halda 2021-ci ildə bu göstərici 1 milyard 195 milyon manat olub.
Şirkətin inzibati xərclərində də qənaət edilib. Belə ki, 2020-ci ildə SOCAr-ın ümumi və inzibati xərcləri 1 milyard 483 milyon manat olduğu halda, 2021-ci ildə bu rəqəm 1 milyard 456 milyon manat olub.
Başqa sözlə təkcə bu iki xərc maddəsində SOCAR 762 milyon manat qənaət edə bilib.
SOCAR-ın əməliyyat xərcəri
2020-ci ildə - 4 576 əməliyyat xərci
2021-ci ildə - 3 913 əməliyyat xərci
SOCAR-ın ümumi və inzibati xərcləri
2020-ci ildə - 1 483 milyon manat
2021-ci ildə - 1 456 milyon manat
SOCAR-ın digər xərcləri
2020-ci ildə - 1 930 milyon manat
2020-ci ildə - 1 195 milyon manat