2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,8% - 1 milyard 556 milyon manata qədər artıb.
Eləcə də bax: SOCAR-da işçilərin aylıq əlavə ödənişləri - 50 FAİZ AZALDILDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 611,5 min ton avtomobil benzini (artım 0,7%), 1 milyon 119,2 min ton dizel yanacağı (artım 4,9%), 12,8 min ton sürtkü yağı (artım 33,3%), 135,9 min ton neft bitumu (artım 38,7%) istehsal edilib.
Yanvar-iyun aylarında birbaşa qovulan benzin istehsalında 8,8,% - 138,4 min tonadək, təyyarə yanacağı istehsalında 16,3% - 251,5 min tonadək, neft koksu istehsalında 8,2% - 111,4 min tonadək, soba mazutu istehsalında 32,2% - 39,5 min tonadək azalma qeydə alınıb.
2020-ci il iyulun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 81,1 min ton avtomobil benzini, 40,3 min ton təyyarə yanacağı, 108,4 min ton dizel yanacağı, 14,9 min ton soba mazutu, 10,4 min ton sürtkü yağı, 16,5 min ton neft bitumu, 69,7 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.