Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük etməyi planlaşdırır.
Eləcə də bax: SOCAR Bodrumda təyyarələrə - YANACAQ SATACAQ
FED.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib
Onun sözlərinə görə, Belarus tərəfi bir neçə həftə əvvəl Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və razılıq əldə olunub.
İ.Əhmədov bildirib ki, sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə bir tankerin 26-27 avqust tarixlərində Ceyhan limanından çıxması planlaşdırılır.
Xatırladaq ki, avqustun 2-də SOCAR tərəfindən Belarus üçün 85 min ton həcmində Azərbaycan nefti yüklənmiş tankerin avqustun 4-5-də Ukraynanın Odessa limanına çatıb. Bu tanker avqustun 2-də Supsa limanından (Qara dəniz, Gürcüstan) yola düşüb.
Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır. (Report)