10 dekabr 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, STP-dən daxil olmuş məlumatda bildirilir ki, sənədə əsasən neft-qaz yataqlarının istismarı sahəsində böyük təcrübəyə və yüksək ixtisaslı personala malik olan SOCAR neft-qaz hasilatı imkanlarının optimallaşdırılması istiqamətində qazma və qoruyucu boru xətləri, dövredici və digər avadanlıqların quraşdırılması, sökülməsi, təmir və texniki qulluq göstərilməsi, təzyiq sınaqları və təftiş işlərinin aparılması məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı nəzərdə tutur. STP ölkə ərazisində sözü gedən avadanlıqlara texnik qulluq göstərilməsi, habelə xüsusi avadanlıq hissələrinin istehsalında ixtisaslaşmış istehsalat sahələrinə malik olan ən iri sənaye komplekslərindəndir.
Eləcə də bax: Azərbaycanda ən dərin - NEFT QUYUSU QAZILIB
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də istismara verilib. Hazırda STP-də mövcud olan 11 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Marja