Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün aparılan hərbi əməliyyatlara baxmayaraq, ölkə təbii qazın Cənubi Avropaya çatdırılması üzrə planlarından çəkinməyəcək.
Eləcə də bax: TAP kəməri Azərbaycana - Azı 25 İl Pul Qazandıracaq
FED.az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik Boru Kəməri (TAP) ildə 10 mlrd. kubmetr Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qazın qəbulu üçün hazır olacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Uzunluğu 878 kilometr olan bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya bu ilin sonunadək çatdırılacağı nəzərdə tutulur. (Apa)