Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturunda daha bir şirkət təsis edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, 17 mart tarixində “SOCAR ESPX” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73-də – “Azneft”in yerləşdiyi ünvanda qeydiyyata alınıb.
“SOCAR ESPX”in direktoru isə “Azneft”in direktoru Kamran Cəfərovdur.
Bu, 2026-cı ildə SOCAR brendində yaradılan ikinci şirkətdir. Bundan öncə isə yanvarda “SOCAR Korporativ Servislər” MMC təsis edilmişdi.











