Son 10 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 900 hektardan çox ərazidə rekultivasiya işləri aparıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkədəki səhifəsində qeyd edilib.
Xatırladılıb ki, neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbi, “Bibiheybətneft” NQÇİ ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən “Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.
Eləcə də bax: “Azərbaycanda təbii qaz bol olduğuna görə idxaldan imtina edilib”