Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirdiyini bildirib.
Azərbaycan Macarıstana 1 milyard kubmetr qaz satacaq - RAZILAŞMA
FED.az xəbər verir ki, “Azərbaycanla Macarıstan arasında qaz axınının artıq başladığını qeyd etmək üçün dostum Bayramovu Budapeştdə yenidən salamlayıram”, - deyə Siyarto sosial şəbəkələrdəki paylaşımında bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanda səfərdədir.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü ilin IV rübündə Macarıstana qaz tədarükünə (100 milyon kubmetr) başlayacaq. Bundan başqa, Macarıstan qaz anbarları üçün 50 milyon kubmetr qaz alacaq. (İnterfaks-Azərbaycan)