“Shell”, “Engie”, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR “Engie”yə məxsus olan “Şahdəniz” qaz təchizatı müqaviləsinin “Shell Energy Europe Limited”ə transfer edilməsinə dair razılıq əldə ediblər.
SOCAR-dan FED.az-a bildirilib ki, hər iki şirkət (“Engie” və “Shell Energy Europe”) daha əvvəl 2013-cü ildə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın “Şahdəniz” yatağından qaz təchizatını təmin ediblər.
Eləcə də bax: SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi - BAŞA ÇATMAQ ÜZRƏDİR
Son müqaviləyə əsasən, “Shell Energy Europe” “Engie”nin 25 illik müqaviləsini almaqla istehlakçılarının qaz təminatını əhəmiyyətli dərəcədə artırır. “Engie” “Şahdəniz”in önəmli alıcısı olaraq qalır və özünün uzun müddətli mövqeyinin dinamik optimallaşdırılmasını həyata keçirir.
Sentyabrın 5-də imzalanan transfer müqaviləsi TAP layihəsinin tamamlanmasından sonra Azərbaycan təbii qazının İtaliyayadək nəqlini nəzərdə tutur.