Shell, yanacaq qiymətlərinin artması ilə əlaqədar olaraq iki rüb ardıcıl olaraq rekord xalis mənfəət əldə etdiyini açıqlayıb.
Eləcə də bax: "Lukoil" şirkəti "Shell"lərin adını - "Teboil"ə DƏYİŞİR
FED.az xəbər verir ki, Shell-in ikinci rübdə xalis mənfəəti 11,47 milyard dollara yüksəlib. Birinci rübdə bu rəqəm 9,13 milyard dollar təşkil etmişdi.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 11,2 milyard dollar idi. (Marja)