Husilərin Səudiyyə Ərəbistanın iri neft obyektlərinə təşkil etdiyi hava hücumunun nəticəsi olaraq Səudiyyədə neft hasilatı ikiqat azalıb. FED.az xəbər verir ki, hücumun nəticəsi olaraq Saudi Aramco şirkəti sutkalıq neft hasilatını 5,7 milyon barel və ya iki dəfədən çox azaltmalı olub ki, bu da ölkə üzrə ümumi hasilatın yarısı qədərdir. OPEK-in məlumatlarına görə, Səudiyyədə avqust ayında 9,8 milyon barel neft hasil edilirdir.
Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.
İndi məlum olub ki, «Saudi Aramco» şirkətinə iki neft emalı zavoduna hücumdan sonra neftin nəqlini bərpa etməsi üçün bir həftə lazımdır. Şirkətin icraçı direktoru Amen Naser bildirib ki, istehsalın bərpa olunması 48 saat ərzində başa çatacaq. Amma bəzii mənbələr bu müddətin 1 həftə çəkəcəyini təsdiqləyiblər.