Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Fransa prezidentinə məktub göndərib. Məktubda bildirilir ki, əgər Qatar dövləti Rusiyadan S-400 zenit-raket kompleksləri alarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi əməliyyat keçirməyə hazır olacaq.
“Monde” qəzeti məlumat yayıb ki, kral məktubunda Moskva və Doha arasında bu mövzuda aparılan danışıqlardan narahatlığını ifadə edib. O, narahatdır ki, Qatarda S-400 sisteminin qurulması Səudiyyə hava məkanının təhlükəsizliyinə mənfi təsir edəcək. “Belə bir vəziyyətdə krallıq hərbi tədbirlər də daxil olmaqla, bu sistemi ləğv etmək üçün bütün lazımi addımları atmağa hazır olacaq”, - deyə məktubda bildirilib.
Kral Fransa prezidentindən xahiş edib ki, bu sövdələşmənin qarşısını alsın.
Qeyd edək ki, 2017-ci ildə Qatar və Rusiya arasında hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Qatarın Moskvadakı səfiri Rusiyadan hava hücumundan müdafiə sistemi ala biləcəklərini açıqlayıb.
Eləcə də bax: Müqəddəs məbədin maliyyəçi cəngavərləri – TAMPLİERLƏR
@apa