Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud ölkənin yeni energetika nazirini təyin edib.
FED.az “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, kralın fərmanı ilə quruma rəhbərlik edən Xalid bin Abdel Əziz əl-Faleh vəzifəsindən uzaqlaşdırılıb.
Onu monarxın oğlu, şahzadə Abdel Əziz bin Salman əvəz edib. O, 2005-ci ildən 2017-ci ilə qədər neft nazirinin köməkçisi statusunda idi.
Avqustun 30-da Səudiyyə Ərəbistanında yeni Sənaye və Mineral Ehtiyatlar Nazirliyi yaradılıb. Əvvəllər bu sahələr əl-Falehin rəhbərliyi altında Enerji, Sənaye və Resurslar Nazirliyi tərəfindən idarə olunurdu. Kral sarayının qərarı ilə Bəndər əl-Hureyef bu qurumun rəhbəri təyin edilib (APA).