Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, ölkəsinin bazara neft təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacağını deyib.
Əl-Falih etdiyi açıqlamada, Səudiyyə Ərəbistanının istehlakçıları (alıcıları) kifayət qədər neft ilə təmin etmək üçün digər istehsalçılarla əməkdaşlıq edəcəyini, ancaq bunu edərkən qlobal neft bazarının tarazlığının pozulmasına icazə verilməyəcəyini qeyd edib.
Səudiyyənin energetika naziri, ABŞ-ın İranın neft ixracına sanksiyalara dair son açıqlamasının adından, Krallığın neft bazarındakı prosesləri yaxından izlədiyini bildirib.
Əl-Falih, ölkəsinin qarşıdakı bir neçə həftə ərzində, yaxşı balanslaşdırılmış və sabit bazar təmin etmək üçün digər istehsalçılar və istehlakçılar ilə görüşlər keçiriləcəyini sözlərinə əlavə edib.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrandan neft idxalı üçün 8 ölkəyə verilən möhləti uzatmamaq qərarı verib. Möhlət 2 Mayda bitəcək. İranın neft ixracının daha da azalması ilə bazarda neft kəsiri yarana bilər. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və müttəfiqləri qlobal neft bazarında yarana biləcək kəsirin bağlanması üçün qərarlı olduqlarını qeyd ediblər.
ABŞ-ın Noyabr ayında yenidən başladığı İran sanksiyalarından altı ay müddətində səkkiz ölkəyə (Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyə) möhlət vermişdi.
Neft qiymətləri bu xəbərlə bu gün təxminən 3% bahalaşıb.
Səudiyyə "İran planında" ABŞ-a kömək edəcək
19:44
22 Aprel 2019