Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub.
FED.az xəbər verir ki, “Haber7”nin məlumatına görə, bunu Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bildirib.
Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb.
Hücumu Yəməndə İranın dəstəklədiyi hüsi qiyamçılarının etdiyi ehtimal olunur.
Eləcə də bax: Əhali təbii qaz üçün 320 milyon manat ödəyib