Səudiyyə Ərəbistanı neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa eməyə müvəffəq olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Naziri şahzadə Əbdül Əziz bin Salman Ciddədə keçirilən mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu ilin oktyabır ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barel, noyabırın sonu üçün isə sutkada 12 milyon barelə qədər çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barel neft hasil olunur.
Eləcə də bax: BMT: Səudiyyənin neft obyektlərinə hücum - MÜHARİBƏYƏ SƏBƏB OLA BİLƏR
Bu xəbər yayılması ardından dünya birjalarında Brent neftinin dəyəri (09:04, GMT+4) 64 dollara düşüb. Halbu ki, iki gün öncə 69 dollar idi.
Energetika naziri, həmçinin “Saudi Aramco” neft şirkətinin bu ay öz müştərilərinin qarşısındakı öhdəliklərini yerinə yetirə biləcəyini vurğulayıb.