Səudiyyə Ərəbistanı sutkalıq neft hasilatını azaltmaq üçün şərtini açıqlayıb.
FED.az xəbər verir ki, beynəlxalq iqtisadiyyat və neft bazarı üzrə məşhur səudiyyəli ekspert Məhəmməd əs-Sabbanın sözlərinə görə, ölkəsi hasilatın azaldılması ilə bağlı məsələdə yalnız digər ölkələrin, ilk növbədə Rusiyanın iştirakı olarsa, güzəştə gedəcək.
Eləcə də bax: Putin neftin Rusiya üçün - «KOMFORTLU» QİYMƏTİNİ AÇIQLADI
“Səudiyyə Ərəbistanı hasilatı azaltmağa hazırdır. Bir şərtlə ki, Rusiya başda olmaqla digər istehsalçı ölkələr də bu addımı atsın”, - deyə əs-Sabban bildirib.
Xatırladaq ki, KİV-də OPEC+ ölkələrinin aprelin 6-da keçiriləcək iclasında neft hasilatını sutkalıq 10 milyon barrel azaltmaqla bağlı razılığa gələcəyi haqda məlumatlar dərc olunub.
Qafqazinfo