Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə "Arab Light" markalı neftinin qiymətini artırıb.
OPEC + neft ittifaqı parçalanmaq ərəfəsindədir
FED.az xəbər verir ki, "Arab Light" markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 2,7 dollar təşkil edir (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).
Qeyd olunur ki, analitiklər qiymətin 0,65 dollar artacağını proqnozlaşdırırdı. (Apa)