Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur.
Eləcə də bax: Maya Sandu: Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla - DANIŞIQLAR APARIR
FED.az xəbər verir ki, bu sözləri Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.
Nazir bildirib ki, Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat/saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib.
Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını da qeyd edib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın əvvəlində Balkan regionuna səfəri zamanı türkiyəli həmkarından Azərbaycanın elektrik enerjisinin Bolqarıstan üzərindən Serbiyaya ötürülməsində kömək istəyib. (Azərtac)