Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Energetika

  1. Ana səhifə
  2. Energetika
  1. Energetika

“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı”

“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” | FED.az
00:38 17 Dek 2019

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib.

FED.az xəbər verir ki, ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev dedi:

-Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir.

Prezident İlham Əliyev: Hazırda stansiya hansı səviyyədə işləyir, tam gücü nə qədərdir?

Baba Rzayev: Tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik, hazırda 380 meqavatla işləyir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir və artan tələbatı da təmin edəcəkdir. Eyni zamanda, ilin əvvəlində sizə göstəriş vermişdim ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?

Baba Rzayev: Cənab Prezident, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.

Cənab Prezident, mən Sizə məruzə etmək istəyirəm ki, Ulu Öndər bu stansiyanın təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq.

Prezident İlham Əliyev: Elədir. Amma əfsuslar olsun ki, əvvəlki dövrlərdə stansiya öz potensialını böyük dərəcədə itirmişdi. Ona görə mən “Azərenerji”nin yeni rəhbərliyi qarşısında vəzifə qoymuşdum ki, itirilmiş güclər bərpa edilsin. O vaxt belə hesablanmışdı ki, ən azı 300 meqavat elektrik enerjisi potensialı bərpa edilməlidir. Bu istiqamətdə hansı addımlar atılıb və gələn il hansı işlər gözlənilir?

Baba Rzayev: Cənab Prezident, artıq 200 meqavatı bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.

Prezident İlham Əliyev: Yəni, qalan 3 blok da təmir olunacaq?

Baba Rzayev: Bəli, tamamilə. Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq.

Prezident İlham Əliyev: Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?

Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb.

Prezident İlham Əliyev: Çox yaxşı. Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox?

Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. İkincisi, Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub.

Prezident İlham Əliyev: Yəni, gələn il işlərə başlaya bilərik?

Baba Rzayev: Bəli, gələn işlərə başlaya biləcəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, buna ehtiyac var. Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq. İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir.

Banner
Banner
  • Baba Rzayev
  • Azerenerji
Paylaş

Digər xəbərlər

Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
Energetika 3 Fev 2023
Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
Energetika 3 Fev 2023
Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
Energetika 3 Fev 2023
SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
Energetika 3 Fev 2023
SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
Energetika 3 Fev 2023
Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
Energetika 3 Fev 2023
SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
"Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
Energetika 3 Fev 2023
"Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
Tarif Şurasının səlahiyyətləri artırılıb
Energetika 3 Fev 2023
Tarif Şurasının səlahiyyətləri artırılıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
Energetika 3 Fev 2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
"Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
Energetika 3 Fev 2023
"Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
Energetika 3 Fev 2023
Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
Energetika 3 Fev 2023
Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!