Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında məlumat verilir.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin 2020-ci ilin birinci yarısında başlanması nəzərdə tutulur.
Azərtac