"Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. FED.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunan elanda deyilir.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ("Demirchi Plaza") ünvanına bildirə bilərlər.
Fransanın "Schneider Electric" şirkəti 1836-cı ildən etibarən fəaliyyət göstərir və hazırda dünyanın ən iri sənaye şirkətlərindən biridir.