Bu ilin III rübündə Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkətinin xalis mənfəəti 11,79 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 44,6% azdır.
Eləcə də bax: Pavel Sorokin: "Neft qiymətlərinin 10 dollara düşməsinə heç bir səbəb görmürük"
FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, azalmanın əsas səbəbləri kimi, aşağı neft aşağı qiymətləri, satış həcmlərinin azalması və bazarda tələbatın aşağı olması səbəbindən zəif emal həcmləri göstərilir.
Qeyd edək ki, sözügedən göstərici "Refinitiv" şirkətinin mütəxəssislərinin proqnozları ilə üst-üstə düşüb. Qlobal maliyyə bazarı məlumatları və infrastruktur təminatçısı olan şirkət III rübdə "Saudi Aramco"nun xalis mənfəətinin 11,89 mlrd. dollar səviyyəsində olacağını proqnozlaşdırırdı. (Apa)