Dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti kəskin azalıb.
FED.az xəbər verir ki, birinci rübdə “Saudi Aramco”nun xalis mənfəəti əvvəlki ilin eyni dövrünə nisbətən 25 faiz azalaraq 16,6 milyard dollara düşüb.
“Aramco”nun mənfəətinin azalmasına xam neftin qiymətinin ucuzlaşması və koronavirus pandemiyası təsir edib.
Şirkətin bazar dəyəri isə ən yüksək həddən - 2 trilyon dollardan 1,6 trilyon dollara enib.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
"azərtac"