Neftin kəskin bahalaşması "Saudi Aramco" şirkətinin gəlirlərinin kəskin artmasına səbəb olub.
Eləcə də bax: Səudiyyənin neft nəhəngi Apple-ı "taxtdan saldı"
FED.az xəbər verir ki, şirkətin hesabatında göstərilir ki, ilk rübdə mənfəət 82% artıb. Hesabat dövründə xalis mənfəət 39,5 milyard dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə göstərici 21,7 milyard dollar olub.
Bu, Səudiyyə şirkətinin 2019-cu ildə birjaya daxil olduqdan sonra əldə etdiyi ən yüksək göstəricidir. Mənfəətin artması 3 amillə izah olunur: xam neftin bahalaşması, hasilatın artması və maya dəyərinin azalması. (Apa)