Dünyanın ən iri neft-qaz şirkəti sayılan “Saudi Aramco”da idarə heyətinin sədri dəyişib.
FED.az şirkətin məlumatına istinadla xəbər verir ki, “Saudi Aramco”nun idarə heyətinin sədri Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Mineral Ehtiyatlar naziri Xalid əl-Falihi bu vəzifədə suveren “Public İnvestment Fund”un idarəçisi Yasir əl-Rumayyan əvəz edib.
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih öz “Twitter” səhifəsində əl-Rumayyanı təbrik edib və ona işində uğurlar arzulayıb.
Xalid əl-Falih şirkətin baş icraçı direktoru və idarə heyətinin sədri kimi bu vəzifədə 2009-cu ildən 2015-ci ilə qədər çalışıb. 2016-cı ildən isə krallığın Energetika naziri vəzifəsində çalışır.