Rusiyanın neft-qaz sektoruna qarşı tətbiq olunan texnologiya sanksiyaları "Lukoyl"un işinə, ümumilikdə isə sözügedən sektora mənfi təsir göstərib, lakin məhdudiyyətlərə uyğunlaşmaq mümkündür.
FED.az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu bazar ertəsi Hyustonda keçirilən "CERAWeek" neft-qaz konfransında çıxışı zamanı şirkət rəhbəri Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, sanksiyalar, xüsusilə Fransanın "Total" şirkəti ilə birgə layihəni "məhv etdi", texnologiyalara çıxışı çətinləşdirdi. Eyni zamanda, yerli texnologiyalara keçid məhdudiyyət şərtlərinə uyğunlaşmağa kömək edəcək.