"Lukoil Overseas" şirkətinin restrukturizasiyası başa çatıb. Bu barədə "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov "İzvestiya" qəzetinə bildirib.
"Praktiki olaraq, restrukturizasiya başa çatıb. Artıq bizim üç ayrı regionumuz var: Hyuston (ABŞ), Dubay (BƏƏ) və Daşkənd (Özbəkistan)", - deyə o bildirib.
"Lukoil" şirkətinin vitse-prezidenti Leonid Fedun isə bildirib ki, restrukturizasiya prosesi dünya bazarındakı mövcud çağırışlara müvafiq olaraq aparılıb: "Biz "Lukoil Overseas" şirkətinin restrukturizasiyasını başa çatdırdıq və şirkət hazırda dünya bazarının mövcud konyunkturuna uyğunlaşdırılıb".
Bildirilir ki, "Lukoil Overseas" şirkətinin restrukturizasiyası inzibati xərclərin azaldılması ilə əlaqədardır.
Şirkətin materiallarına əsasən, faktiki olaraq, "Lukoil Overseas" xarici layihələrin icraçı mərkəzi funksiyasını itirir. Şirkətin Azərbaycan, Norveç, İraq, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qana, Misir, Kamerun və Nigeriyada nümayəndəlikləri var. Bununla yanaşı, şirkətin Yaxın Şərqdəki biznesi "Lukoil International Services B.V."-nin nəzarətinə keçir. Törəmənin baş ofisi Dubayda yerləşir.
"Lukoil Overseas" 1997-ci ildə təsis olunub. Şirkət 20 il ərzində bütün xarici layihələri özündə birləşdirib.
Qeyd edə ki, şirkət "Şahdəniz" layihəsində 10%-lik paya sahibdir.
Apa©