Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 4,7 mlrd. standart kubmetr qaz hasil edilib, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3% çoxdur.
Eləcə də bax: Bu il “Azəri-Çıraq-Günəşli”dən 6,4 milyon tondan çox - NEFT HASİL EDİLİB
FED.az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-c ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən xəbər verir ki, hesabat dövrü yataqda 1 mln. ton (7,7 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin I rübündə hasil edilən kondensat həcmlərinə bərabərdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.