2025-ci ildə “Şahdəniz” yatağından 27 milyard kubmetr qaz və 4 milyon ton (32 milyon barel) kondensat hasil edilib.
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə "bp-Azərbayan"a istinadən xəbər verir.
Məlumata görə, əvvəlki illə müqayisədə qaz hasilatı 1 milyard kubmetr (3,6%), kondensant hasilatı isə 3 milyon barel (8,6%) azalıb.
Belə ki, 2024-cü ildə yataqdan 28 milyard kubmetr qaz və 4 milyon tondan çox (35 milyon barel) kondensat hasil edilmişdi.
Hesabatda qeyd edilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) kubmetrdir.










