Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 76 mlrd.kubmetr qaz və 19 mln.ton kondensat hasil olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından gündə orta hesabla 28-29 mln. kubmetr qaz, 6 min ton kondensat hasil olunur.