2025-ci ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilib.
FED.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Məlumata görə illik müqayisədə əməliyyat xərcləri 7 milyon dollar (1%), əsas xərcləri isə 12 milyon dollar (6%) artıb.
Cəmi xərclər isə 19 milyon dollar, başqa sözlə 2,1% artımla 939 milyon dollara çatıb.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib. Cəmi xərclər isə 920 milyon dollara bərabər olub.