BOTAŞ şirkəti, Şahdəniz-Türkiyə təbii qaz boru kəmərində 14-28 avqust tarixləri arasında aparılacaq planlı texniki qulluq və təmir işləri ilə əlaqədar "Türkgözü" giriş nöqtəsindən təbii qazın 14 gün ərzində milli ötürmə şəbəkəsinə çatdırılmasının mümkün olmayacağını açıqlayıb.
Eləcə də bax: Nazir: "AÇG və “Şahdəniz” Azərbaycana 163 mlrd dollardan çox gəlir gətirib"
FED.az xəbər verir ki, BOTAŞ Twitter-də yayımladığı açıqlamasında, planlaşdırılmış təmir işləri zamanı milli ötürmə şəbəkəsində tələb-təklif balansı ilə bağlı heç bir problemin gözlənilmədiyini bildirib. (Marja)