“Şahdəniz” yatağının “Alpha” platforması Yeni il ərəfəsində Milad ağacı kimi işıqlandırılıb.
FED.az xəbər verir ki, bu barədə BP şirkəti məlumat yayıb. Bildirilir ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının “Alpha” platforması Yeni il ərəfəsində Milad ağacına bənzəyəcək formada işıqlandırılıb.
Qeyd edək ki, 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağı kəşf edilib. 2006-cı ildən yataqda hasilata başlanılıb. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qaz 2006-cı ildən etibarən Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur.