Rusiyanın "Urals" markalı neftinin bir barelinin Avropada qiyməti 95 ABŞ dolları həddini ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Argus" beynəlxalq qiymət agentliyinin açıqlamasında deyilir.
Məlumata görə, bu, fevralın 4-də qeydə alınıb və 2014-cü il sentyabrın 17-dən bəri ilk dəfə baş verib. Həmin gün Rusiya neftinin kotirovkaları 96,18 dollar/barelə çatmışdı.
Rusiya nefti yüksək geosiyasi gərginlik şəraitində dünya bazarında neftin qiymətinin artmasından sonra bahalaşmağa başlayıb. Bundan əlavə, qiymətlərə enerji tələbatının sürətlə bərpası ilə əlaqədar bazarda kifayət qədər xammal təmin olunmaması qorxusu təsir edir.