Rusiyadan qərb istiqamətində neft tədarükünün bu məhsulun ümumi ixracında payı 60%-dən 15%-ə düşüb, şərq istiqamətində isə 40%-dən 85%-ə qədər artıb.
Azərbaycanda neft dövrü bitir – 50 MİLYONDAN 30 MİLYON TONA ENİB
FED.az xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak Federasiya Şurasında təqdimatında bildirib.
"2021-ci ildə ixracımız indiki kimi təxminən 230 milyon ton neft təşkil etmişdi. Bunun təxminən 60%-i qərbə, 40%-i isə şərqə tədarük edilmişdi. İndiki şəraitdə neftin 15%-i qərb istiqamətində, 85%-i şərq istiqamətində ixrac edilib”,- Novak deyib.
Baş nazirin müavininin sözlərinə görə, indiki şəraitdə geosiyasi vəziyyəti dəyişmədən qərb istiqamətində daha çox neft tədarük etmək mümkün deyil.
Novakın təqdimatında qeyd edilib ki, 2023-cü ildə Rusiya Federasiyasından neft ixracı 3,3% azalaraq 234,3 milyon tona düşüb. 2022-ci ildə bu rəqəm 242,2 milyon ton təşkil etmişdi. Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokinin təqdimatında bildirilib ki, 2023-cü ildə Rusiya neftinin Asiya-Sakit okean regionuna ixracı 193 milyon ton təşkil edib. (Marja)