Rusiya qazını Avropaya daşıyan və bir neçə gün əvvəl baş verən partlayış nəticəsində zədələnən «Şimal kəməri»nə yüz kilometrlərlə hissəyə dəniz suyu dolub. Nəticədə qaz kəməri demək olar ki, yararsız hala düşüb və onun təmiri bir neçə il çəkə bilər.
Eləcə də bax: Azərbaycan Avropaya qaz satışını 23%-ə yaxın - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə «Qazprom» şirkətinin rəhbəri Aleksey Miller bildirib. Onun sözlərinə görə, kəmərin bundan sonra istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün boruların bir hissəsi kəsilərək yeni hissə ilə əvəz edilməlidir.
Xatırladaq ki, hadisə dənizin İsveçə aid hissəsində baş verib, Miller bildirib ki, Rusiya nümayəndələri hələ də hadisə yerinə buraxılmırlar. Onun sözlərinə görə, kəmərdə təzyiqin sürətlə düşməsi göstərir ki, boru tamamilə sdağılıb.
«Ekspertlər bildirirlər ki, belə terror aktından sonra kəmərin işini bərpa etmək üçün faktiki olaraq böyük hissənin borularını dəyişmək lazımdır. Əslində yeni bir hissə tikilməlidir. «Qazprom» rəhbərinin sözlərinə görə, kəmərin işini bərpa etmək üçün onu dənizin üzərinə qaldırmaq tələb olunur, amma boruya boyük həcmdə dəniz suyunun dolması bu məsələni çətinləşdirir.
Bir qədər əvvəl Aleksey Miller bildirmişdi ki, «Şimal kəmərləri»nin işini bərpa etməsi üçün illər lazım olacaq, bu da Rusiyaya tətbiq edilən sanksiyaların ləğvindən sonra mümkün ola bilər.