Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.
Eləcə də bax: Rusiya Avropada daha iki şirkətə qaz satışını - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.
O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.
“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, - Timmermans Avropa Parlamentində deyib.
Onun sözlərinə görə, indi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib: "Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”. (Apa)