Rusiyanın "Qazprom" şirkətinin Çinin Milli Neft Korporasiyası (CNPC) arasında illik əlavə 10 milyard kubmetr qaz tədarükü ilə bağlı uzunmüddətli saziş imzalayıb.
Eləcə də bax: Azərbaycan Türkiyə və Avropaya 17 mlrd. kubmetrədək - QAZ İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un açıqlamasında deyilir.
Qeyd olunur ki, bu layihə tam buraxılış gücünə çatandan sonra Rusiyanın Uzaq Şərq bölgəsindən Çinə illik qaz nəqli 48 milyard kubmetrə çatacaq.
Eyni zamanda "Rosneft" şirkəti CNPC ilə növbəti 10 il ərzində Qazaxıstandan keçməklə Çinə 100 milyon ton neftin nəqli barədə saziş imzalayıb.