«Rosstandart» ölkənin yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılmasının qarşsını almaq üçün yaradılan yeni «Yanacaq paylayan kolonka. Ümumi texniki şərtlər» adlı «QOST R 58927-2020» standartı üzərində işlərin başa çatdığını elan edib.
Eləcə də bax: SOCAR-ın Türkiyədə iri şirkəti almasına - İCAZƏ VERİLDİ
FED.az xəbər verir ki, yeni standart yanacaqdoldurma məntəqələrində benzin və dizel satışı zamanı kalonkalarla bağlı yeni tələbləri müəyyən edir. Yeni standart artıq bu ilin oktyabrından tətbiq ediləcək.
Avtomobil sahiblərini fırıldaqdan, yəni yanacağın kəsilməsindən qorumaq üçün yanacaq paylayan kalonkalara qarşı aşağıdakı tələblər qoyulacaq:
• Kolonka icazəsiz müdaxilədən qorunmaq üçün proqram təminatı ilə təmin edilməlidir;
• Kolonkanın konstruksiyasında istehsalçının nəzərdə tutmadığı detalların əlavə edilməsinə və hər hansı hissənin icazəsiz dəyişdirilməsinə imkan verməyən müdafiə sistemi qurulmalıdır.
Qeyd edilir ki, hazırda mövcud olan QOST-da, hansı ki, 1989-cu ildə qəbul edilib, belə tələblər nəzərdə tutulmamışdı və həmin standart köhnəldiyinə görə müasir şərtlərə cavab vermir.