Rusiyada iyulun ilk ongünlüyündə Aİ-92 və Aİ-95 markalı benzinin median qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20% və 24% artıb.
Dünyada ilk: palma yağı qarışdırılmış dizeldən istifadəyə başlandı
FED.az xəbər verir ki, bu barədə ölkədəki hər üçüncü yanacaqdoldurma məntəqəsinin satış məlumatları əsasında hazırlanan “Çek İndeks” araşdırmasında bildirilir.
Məlumata görə, 1–9 iyul tarixlərində Aİ-92 benzininin median qiyməti 70,5 rubl, Aİ-95-in qiyməti isə 77,5 rubl təşkil edib.
Digər yanacaq növləri üzrə də qiymət artımı qeydə alınıb. Belə ki, Aİ-98 markalı benzinin orta qiyməti illik müqayisədə 32% artaraq 119,5 rubl, Aİ-100-ün qiyməti 13% yüksələrək 94,5 rubl olub. Dizel yanacağı 11% bahalaşaraq 88 rubl, sıxılmış təbii qaz (CNG) 14% artaraq 29 rubl, mayeləşdirilmiş karbohidrogen qazı (LPG) isə 18% bahalaşaraq 35,5 rubl təşkil edib.
Eyni zamanda, yanacaq satışlarında da artım müşahidə olunub. Dizel yanacağının satışı 28%, LPG-nin satışı 17%, CNG-nin satışı isə 8% yüksəlib. Ən böyük artım Aİ-100 markalı benzində qeydə alınıb — bu yanacaq üzrə alışların sayı 37% artıb.
Ekspertlərin fikrincə, pərakəndə qiymətlərin yüksəlməsi Rusiyanın neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri, mövsümi tələbatın yüksək olması və bəzi regionlarda yanacaq çatışmazlığı ilə əlaqədardır. Vəziyyəti sabitləşdirmək məqsədilə hökumət benzin, dizel yanacağı və aviasiya kerosininin ixracına bazarın bütün iştirakçıları üçün qadağa tətbiq edib.
Bununla belə, analitiklər hesab edirlər ki, müxtəlif yanacaq növləri arasında tələbatın yenidən bölüşdürülməsi ölkə üzrə struktur yanacaq çatışmazlığını aradan qaldırmayacaq. Onların sözlərinə görə, neft emalı zavodları istehsal həcmini qısa müddətdə dəyişə bilmir və buna görə də yaxın həftələrdə qiymət artımının tempi zəifləsə də, yanacağın ucuzlaşması gözlənilmir.














