Səudiyyə Ərəbistanı və Rusiya fevral ayında OPEC + sazişi çərçivəsində konsensusa gələrək bu ay neft hasilatının sabit saxlanılması barədə razılığa gəliblər.
Eləcə də bax: Azərbaycanın hasilat öhdəlikləri - Dəyişməyəcək
FED.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” danışıqlarla tanış olan mənbələrə istinadən xəbər verir.
“Səudiyyə Ərəbistanı və Rusiya razılığa gəldilər. Fevral ayında mövcud istehsal səviyyəsini qorumaq və daha sonra mart ayında artıma keçməklə bağlı razılıq əldə olundu”, - deyə mənbə bildirib.
Danışıqlar zamanı neft hasilatı ilə bağlı iki təklif nəzərdən keçirilib. Birincisi, Rusiyanın israr etdiyi fevral ayında neft istehsalını gündə 500 min barel artırmaq olub. Səudiyyə Ərəbistanı yanvar parametrlərinin qorunmasının tərəfdarı olub.
Yeni OPEC + müqavilələri ötən ilin may ayında neft hasilatının üç ay ərzində gündəlik 9,7 milyon barrelə qədər azaldılması qərarı ilə başlamışdı. Avqust ayından bəri ittifaq hasilatı azaltmağı davam etdirərərək gündəlik 7.7 milyon barrelə endirib. Bundan əlavə, 2022-ci ilin yanvar ayından aprelin sonunadək OPEC + gündəlik neft hasilatını 5.8 milyon barrelə qədər azaldacağı ehtimal olunur. (Qafqazinfo)