Rusiya və Çin enerji resurslarının çatdırılması üçün ödənişləri öz milli valyutaları (rus rublu və Çin yuanı) ilə həyata keçirəcək.
Azərbaycan Rusiyadan qaz almağa - BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
O əlavə edib ki, Rusiya və Çin təbii qazın çatdırılması ödənişlərinin bərabərhüquqlu şəkildə milli valyutalarla edilməsinə keçirlər.
Novak daha öncə Rusiyanın 2022-ci ildə “Sibir gücü” kəməri vasitəsilə Çinə 22 mlrd. kub metr təbii qaz nəql etməyi planlaşdırdığını, 2027-ci ildə isə qaz nəqli həcminin 38 mlrd. kub metrə çatdırılacağını söyləmişdi. (Apa)