SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2022-cü ilin qazlaşdırma proqramı çərçivəsində nəzərdə tutulan işlərin 87%-nin ilin axırına kimi başa çatdırılması mümkün olacaq.
Eləcə də bax: Baş direktor: "Hazırkı qaz tarifi xalqımız üçün ən optimal olanıdır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, proqramın bu il tam yerinə yetirilməməsinin səbəbi maddi məsələlər və ya iş güvvəninin çatışmaması ilə bağlı deyil. Mal-materialların müəyyən hissəsi ölkə xaricindən gətirilir və dünyada baş verən münaqişələr, xüsusən də Rusiya-Ukrayna məsələsi “Azəriqaz”ın işinə əsaslı şəkildə təsir edib.
Onun sözlərinə görə, proqram çərçivəsində nəzərdə tutulan işlər çərçivəsində oktyabr ayının axırına kimi 14 kənd və 38 yaşayış massivinin qazlaşması artıq təmin edilib, 39 kənd və 23 yeni yaşayış massivində isə tamamlama işləri gedir.
“Qalan 16 kənd və 1 yaşayış massivində isə qazlaşdırma işləri 2023-cü ilin birinci rübündə tamamlanacaq”, - Eldəniz Vəliyev qeyd edib.(Apa)