Rusiya Türkiyə ərazisində ikinci Atom Elektrik Stansiyası (AES) tikəcək.
Eləcə də bax: Türkiyə və Rusiya qaz qovşağının yaradılmasına dair - RAZILIĞA GƏLİB
FED.az xəbər verir ki, bu barədə “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev “Rossiya-24” telekanalının efirində bildirib.
O, “Rosatom” Dövlət Korporasiyasının Türkiyədən olan tərəfdaşlarla Qara dəniz sahilində ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başladığını söyləyib.
Qeyd edək ki, Rusiya Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyası inşa edir. AES-in ilk blokunun işə salınması 2023-cü ilin aprel-may ayında, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə planlaşdırılır. (Apa)